Bakının mərkəzində partlayış - Səbəb ...

Cəmiyyət 17-04-2018 11:47
Bakının mərkəzində partlayış - Səbəb ...
Bakıda ard-arda partlayış səsi eşidilib. 

Anews.az xəbər verir ki, izləyicilər bununla bağlı sosial şəbəkələrdə yazıb. Onlar bir-birinin ardınca gurultulu səs eşitdiklərini qeyd ediblər.

"Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Səbail Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb.

Bildirilib ki, şəhərin mərkəzində heç bir hadisə baş verməyib: "Hazırda Hərbi Dəniz Qüvvələrinin təlim-məşq prosesi gedir və səslər də bununla bağlıdır".

www.anews.az