Bakıya gələn gəmidə kütləvi zəhərlənmə, ölənlər var - RƏSMİ

09:37 | 19.10.2018
Bakıya gələn gəmidə kütləvi zəhərlənmə, ölənlər var - RƏSMİ

Bakıya gələn gəmidə kütləvi zəhərlənmə, ölənlər var - RƏSMİ

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində zəhərlənən heyət üzvlərinin adları məlum olub.

Anews.az Trend-ə istinadən xəbər verir ki, onlar 11.08.1987 təvəllüdlü Məhəmməd Kərəçisar Səfərli, İbrahim Zabil İxtiyar (01.10.1985), Təvəkkülü Purya Qulamirza (08.01.1991), Əhməd Məsud Məhəmmədrza (08.11.1991), Məhəmmədzaman Salmanxaleqi (1982), Vahid Mirzayi (1985), Seyid Məhəmmədi Məhəmməd (1985) və Hameddin Qulipurdur (1989).

Ümumilikdə 12 heyət üzvü zəhərlənib. 3 nəfər həkim briqadası gələnə qədər dünyasını dəyişib. 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib. Zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.

İlkin ehtimala əsasən, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.

 
***
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirovun Anews.az-a verdiyi məlumata görə, həmin şəxslərdən 3 nəfər həkim briqadası gələnə qədər dünyasını dəyişib. 7 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

 

Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib. Zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.

İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.

 

Xatırladaq ki, Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə olub.

 

Sərhəd gözətçi gəmisi 00:30 radələrində "Nazmehr” yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib ilkin tibbi yardım göstərməklə sahilə Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM