• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

"Baku Business Factory" Böyük Britaniya şirkətləri ilə əlaqələri genişləndirir

20.10.2016 14:35
Bu gün "Baku Business Factory" ofisində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
 
ANN.Az "Report"-a istinadən xəbər verir ki, görüşdə "Baku Business Factory"nun direktoru Əlövsət Müslümov, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin beynəlxalq ticarət palatasının əməkdaşları Şəms Süleymanova, Ülkər Səfərəliyeva və Əsmər Əliyeva iştirak ediblər.

 
Görüş zamanı diplomatik nümayəndəliyin üzvlərinə gənc iş adamı Anar Əlizadənin təsis etdiyi BBF şirkəti, onun məqsəd və gələcək planları barədə
məlumat verilib.

Müzakirələr zamanı gənc yaşda öz biznesini qurmaq istəyən sahibkarlara maddi-texniki və maliyyə dəstəyinin göstərilməsi üçün yeni təcrübə mübadiləsi və əməkdaşlığa gedən yolların axtarılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 
Görüş zamanı, gənclərin "start up" layihələrinin beynəlxalq əlaqələrinin inkişafına dəstəyin vacibliyi vurğulanıb. Bu istiqamətdə Böyük Britaniya şirkətləri ilə Azərbaycanda əsası qoyulan "start up" layihələrin əlaqələndirilməsi məsələsi müzakirə olunub.

 
Xatırladaq ki, "Baku Business Factory" azərbaycanlı iş adamı, "Union Grand Energy PTE" Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Siyasət 13:35
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
İqtisadiyyat 12:37
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
İqtisadiyyat 12:34
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
İqtisadiyyat 12:14
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
Azərbaycana kərə yağı idxalı azalıb
İqtisadiyyat 11:23
Azərbaycana kərə yağı idxalı azalıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:07
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:39
Bu günə olan məzənnə açıqlanıb
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
İqtisadiyyat 09:35
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:15
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol