Bağlanış mərasiminə kim gələcək?

15:03 | 26.06.2015
Bağlanış mərasiminə kim gələcək?

Bağlanış mərasiminə kim gələcək?

Azad Rəhimov bazar günü baş tutacaq tədbirdə dövlət başçılarının iştirakı məsələsinə aydınlıq gətirib.

İyun ayının 28-də keçiriləcək Avropa Oyunlarının bağlanış mərasimində dövlət başçıları iştirakı gözlənilmir. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib. 

"Bağlanış tədbirində dövlət başçılarının iştirakı gözlənilmir. Lakin müəyyən ölkələrin baş nazir, baş nazir müavini, parlament sədri səviyyəsində təmsil ediləcəyi ehtimal olunur. Amma bu məsələ ilə prezident protokolu məşğul olur. Buna görə də mən bu haqda konkret məlumat verə bilmirəm", - deyə Azad Rəhimov bildirib.

A.Rəhimov Azərbaycanın 2024-cü ildə Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyi məsələsinə də toxunub. O, bu haqda qərarı ölkə rəhbərinin verəcəyini deyib. 

"Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə, yarışlara ev sahibliyi edib və bəzilərinin keçirilməsi də artıq planlaşdırılıb. Bütün bunlar idmanın inkişafı ilə yanaşı, ölkəmizin beynəlxalq tədbirləri keçirməyə nə dərəcədə hazır olduğunbu yoxlamaq üçündür və bu tədbirlər Olimpiya Oyunlarına gedən bir yoldur. Sentyabrın 15-dək vaxtımız var ki, vəziyyəti dəyərləndirək. Bundan sonra qərar veriləcək".

Xatırladaq ki, Avropa Oyunlarının açılışı iyun ayının 12-də olub. Mərasimdə 30-a yaxın dövlət və hökumət başçısı iştirak edib. Onların arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin, Monako Şahzadəsi II Albert, Belarus, Serbiya prezidentləri və sairə rəsmilər olub. 

Dünyanı heyrətə salan gecənin əsas qonaqlarından biri isə tanınmış müğənni Ledi Qaqa olub. O piano arxasında əyləşərək, Lady Gaga "İmagine” (Xəyal Et) mahnısını ifa edib. Yayılan məlumata görə, Ledi Qaqa bu çıxışı üçün 2 milyon dollar qonorar alıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb