Barmağında üzük qaldı, FHN çıxardı - Bakıda

09:59 | 09.11.2018
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin barmağında olan üzük sıxılaraq qalıb.
 
Fövqəladə Hallar Nazirliyindən Anews.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri üzüyü kəsmiş və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyəti üzrə təhvil veriblər.



www.anews.az