"Barselona"lı ulduz futbol klubu aldı

21:00 | 13.12.2018

"Barselona"lı ulduz futbol klubu aldı

"Barselona”nın ispaniyalı futbolçusu Cerard Pike klub sahibi olur.

Publika.az xəbər verir ki, futbolçu İspaniyanın regional liqasında mübarizə aparan "Andorra” klubunu almaq üçün görüşlərə başlayıb.

Klubdan verilən açıqlamaya görə, satış üçün bir neçə müzakirə aparıldığı, ancaq hələlik, tam nəticənin əldə edilmədiyi bildirilib.

İspaniya mətbuatı isə Pikenin sahibi olduğu "Kosmos” adlı şirkət vasitəsilə təxminən, "Andorra”nın 200 min avroluq borcunu ödəyərək klubu alıb.

Satış 2019-cu ilin əvvəllərində rəsmiləşəcək.

Qeyd edək ki, başqa ölkəyə məxsus "Andorra” klubu İspaniya Futbol Federasiyası ilə razılaşaraq İspaniya liqalarında mübarizə apara bilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb