Baş nazir aparat rəhbərini işdən çıxartdı

15:26 | 03.12.2018
Baş nazir aparat rəhbərini işdən çıxartdı

Baş nazir aparat rəhbərini işdən çıxartdı

Nazirlər Kabineti Aparatının rəhbəri Ağabala Hacıyev vəzifəsindən azad edilib. 


Anews.az BakuPost-a istinadən xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov müvafiq əmr imzalayıb. Bu vəzifəyə hələlik təyinat olmayıb. 


Qeyd edək ki, Ağabala Hacıyev 1991-1994–cü illərdə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilib.


2003-cü ilin sentyabrından Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb. 


A.Hacıyev "Azərbaycanın əməkdar iqtisadçısı" fəxri adına layiq görülüb.


Maşınqayırma və energetikanın inkişafı problemləri üzrə 19 elmi məqalənin müəllifidir, texniki elmlər namizədidir.


2012-ci il iyunun 22-də prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə Hacıyev Ağabala Şamxal oğlunu 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb