Bayıl yamacı sürüşdü: evlər dağıldı - TƏCİLİ

14:32 | 10.02.2018
Bu gün saat 14 radələrində Bayıl yamacında, sürüşmə baş verib.

Lent.az xəbər verir ki, yamacın təhlükəli ərazi elan edilmiş hissəsində - yuxarı tərəfdə torpaq uçqunu baş verib. Nəticədə bir neçə ev dağılıb, işıq dirəkləri aşıb. Ətrafda yaşayan insanlar təşviş içində təhlükəli zonadan uzaqlaşıb.

Qeyd edək ki, dünən axşamdan etibarən yağan qar sürüşmə riskini daha da artırıb.

Əlavə məlumat veriləcək.

www.anews.az