Bayılda yenə sürüşmə baş verdi - 4 ev dağıldı

Cəmiyyət 10-02-2018 16:19
Bayılda yenə sürüşmə baş verdi - 4 ev dağıldı
Bakıda Bayıl yamacında sürüşmə baş verib, bu barədə APA-ya  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
 
Ə.Qaralov bildirib ki, hazırda ekspedisiyanın əməkdaşları sürüşmə ərazisinə yollanıb: "Əlavə məlumat veriləcək”.
 
Yerli sakinlər bildirblər ki,  sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib, işıq dirəkləri aşıb. Ərazidə sürüşmə prosesi davam edir.
www.anews.az