“Bell-412” helikopterləri ilk dəfə paradda uçacaq

14:22 | 19.06.2018
“Bell-412” helikopterləri ilk dəfə paradda uçacaq

“Bell-412” helikopterləri ilk dəfə paradda uçacaq

Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümü münasibəti ilə keçirilən hərbi parada Hərbi Hava Qüvvələrinin istifadəsinə yeni daxil edilmiş "Bell-412” helikopterləri də ilk dəfə cəlb olunub.

"AzeriDefence”nin məlumatına görə, HHQ-nin aviasiya vasitələrinin paytaxt səmasında keçirilən uçuşlarında Amerika istehsalı olan "Bell-412” helikopterləri ilk dəfə görüntülənib.

Uçuş edən 50-dək helikopterin arasında 2 ədəd "Bell-412” helikopteri yer alıb.

Qeyd edək ki, bu hərbi paradlarda nümyiş olunan ilk qeyri-sovet/rus helikopteridir.

Paradda "Bell-412” helikopterləri ilə yanaşı Mi-24, Mi-24G, Mi-35M zərbə, Mi-17 hərbi nəqliyyat və dəniz əməliyyatları üçün konfiqurasiya edilmiş Ka-27 helikopterləri də uçuş edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM