"Bəs qardaş idik? Azərbaycandan gedirəm" - Türkiyəli məşhur Bakıdan küsüb getdi

19:40 | 09.07.2018

"Bəs qardaş idik? Azərbaycandan gedirəm" - Türkiyəli məşhur Bakıdan küsüb getdi

Tükiyəli reper Sagopa Kajmer Azərbaycan səfərini sonlandırıb.
Anews.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb reperin valyutadəyişmə mərkəzində üzləşdiyi problem olub. Belə ki, türk lirəsini manata dəyişmək istəyən Sagopa buna nail olmayıb. O, hadisənin ardınca tvitter hesabında bununla bağlı paylaşım edib:

"Bakıda bir mübadilə şöbəsində türk pulunu manata çevirmək istədik. Sizin pulunuz çox dəyərsizdir, bu səbəblə də dəyişə bilmərik dedilər. Bəs qardaş idik? Azərbaycandan gedirəm. Bakıdakı dəyərli sevənlərimə sevgilər, hörmətlər".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb