• $ 1.7
  • € 2.0021
  • ₽ 0.020531
  • ₺ 0.0411
  • £ 2.3146

Bəşəriyyət tarixində ilk dəfə - Kosmos fəth ediləcək

Bəşəriyyət tarixində ilk dəfə - Kosmos fəth ediləcək
30.06.2014 18:11

Avropa bəşəriyyət tarixində nəhəng rentgen teleskopun yaradılmasına yönələn layihəyə başlayıb. Belə ki, uzunluğu 12 m, çəkisi 5 ton təşkil edən “Athena” kosmik aparatının 2028-ci ildə orbitə buraxılması planlaşdırılır.

 

Layihə Avropa Kosmik Agentliyinin (ESA) Elmi proqramlar komitəsi tərəfindən Tuluzada (Fransa) keçirilən görüşündə təsdiq olunub. Layihənin həyata keçirilməsi 1 milyard dollar dəyərində qiymətləndirilir.

 

Kosmosa nəhəng rentgen aparatın buraxılması üzrə layihəyə son qərarın komitənin 2019-cu ildə keçiriləcək növbəti iclasında veriləcəyi gözlənilir. “Athena” daha uzun dalğalarda müşahidələr aparan “Square Kilometre Array” və “European Extremely Large Telescope” kimi böyük teleskopların oxşarı olmaqla növbəti nəsil rəsədxana kimi qələmə verilir.  

 

“Athena”-nın həssaslığı hazırkı ən yaxşı “Chandra” və “XMM-Newton” kosmik rentgen aparatları ilə müqayisədə yüz dəfə artırılacaq. Yeni aparat kosmosun dərinliklərini müşahidə etməyə imkan verəcək qabaqcıl optika və detektorlarla təchiz ediləcək.

 

“Athena” qalaktikaların yaranma prosesini, eləcə də onların mərkəzində yerləşən böyük “qara dəliklər”in mənşəyini və inkişafını tədqiq edəcək. Bu proseslərin hamısı elektromaqnit şüalanması spektrinin rentgen hissəsindəki yüksək enerji ilə əlaqədardır.

 

“Athena”-nın kosmosa “Ariane 5” raketdaşıyıcısı ilə çıxarılması nəzərdə tutulur. Lakin problem ondadır ki, 2028-ci ilədək bu raket istehsaldan çıxarıla bilər. Bu səbəbdən Avropa qeyd olunan vaxtadək “Ariane 6” raketdaşıyıcısını hazırlamaq niyyətindədir, - "Hi-Tech News www.hi-news.ru”  yazır.   

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Britaniyada minlərlə insan Trampın səfərinə qarşı aksiya keçirib
Dünya 23:17
Britaniyada minlərlə insan Trampın səfərinə qarşı aksiya keçirib
ABŞ vətəndaşlıq üçün müraciət edənlərə tarix imtahanını bərpa edəcək
Dünya 22:27
ABŞ vətəndaşlıq üçün müraciət edənlərə tarix imtahanını bərpa edəcək
“Green card”da iştirak ödənişli olacaq
Dünya 21:12
“Green card”da iştirak ödənişli olacaq
Aİ İsraillə bağlı çağırış edib
Dünya 20:42
Aİ İsraillə bağlı çağırış edib
Çin 29 saatlıq birbaşa uçuşlara başlayır
Dünya 20:16
Çin 29 saatlıq birbaşa uçuşlara başlayır
Trampın təyyarəsi təhlükə ilə üzləşib
Dünya 19:45
Trampın təyyarəsi təhlükə ilə üzləşib
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Dünya 18:45
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Zelenski ABŞ-yə səfər edəcək
Dünya 18:30
Zelenski ABŞ-yə səfər edəcək
Suriya-İsrail arasında görüş Bakıda baş tuta bilər
Dünya 09:55
Suriya-İsrail arasında görüş Bakıda baş tuta bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol