Beyinə qan sızmadan ölən Mirzəyevadan bunlar qaldı - FOTOLAR

00:19 | 04.04.2018
Beyinə qan sızmadan ölən Mirzəyevadan bunlar qaldı - FOTOLAR

Beyinə qan sızmadan ölən Mirzəyevadan bunlar qaldı - FOTOLAR

Azərbaycanın məşhur ginekoloqu Səbinə Mirzəyeva bu gün vəfat edib.


BiG.AZ xəbər verir ki, həkimin qəflətən təzyiqi qalxdığından beyninə qan sızıb. Yaxınları hələ də onun yoxluğuna alışa bilmir. Onlar həkimin fotolarını paylaşaraq bunları yazıb:

"Dünən çox böyük bir iş gördü. 300-ə yaxın hamiləni və ana olmaq istəyən qadını bir yerə toplamaq asan iş deyildi. Amma o, bunu bacardı. Sanki getmədən öncə öz vəzifəsini yerinə yetirməyə çalışdı. O qədər hamilə xanımın suallarına cavab verdi, maarifləndirdi, hamiləliklə bağlı bütün mövzuları detallı müzakirəyə çıxardı və bu da son... Sən demə həyatının son gecəsi imiş bu konfrans... O boyda iş, həyəcan dolu məşqlər, hər şey yaxşı keçsin deyə çalışmalar... Hələ növbədəki planları demirəm... Gərgin iş qrafiki sanki əlimizdə qaldı... Getdi və hər şey bitdi. Geriyə yalnız qadınlara verdiyi dəyərli tövsiyyələr qaldı. İnanmaq çətindir. Amma bu deyəsən reallıqdır. Bir gün hamımız öləcəyik... Allah rəhmət eləsin!”
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb