Bəzi ərazilərdə su olmayacaq

İqtisadiyyat 17-04-2018 11:00
Bəzi ərazilərdə su olmayacaq
Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Alatava və II Alatava yaşayış massivində, 17 aprel 2018-ci il tarixində gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu haqda anews.az-a "Azərsu” ASC-dən məlumat verilib.

Məlumatda bildirilib ki, suyun məhdudiyyətlə verilmə səbəbi magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

www.anews.az