BMT baş katibindən Suriya xəbərdarlığı

13:45 | 23.06.2018
BMT baş katibindən Suriya xəbərdarlığı

BMT baş katibindən Suriya xəbərdarlığı

BMT baş katibi Antonio Quterreş bütün tərəfləri Suriyanın cənub-qərbindəki hərbi gərginliyi dərhal dayandırmağa çağırıb.

AzVision.az bildirir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrikin bəyanatında deyilir.

Bildirilir ki, BMT baş katibi Suriya münaqişəsindəki bütün maraqlı tərəfləri dinc sakinlərin və vətəndaş infrastrukturunun müdafiəsi də daxil olmaqla, beynəlxalq humanitar hüquq və beynəlxalq hüquqla müəyyənləşən öhdəliklərinə riayət etmələrini təkidlə istəyib. 

Bəyanatda qeyd olunur ki, Suriyada quruda edilən hücumlar və hava bombardmanları nəticəsində minlərlə sakin ev özlərini tərk edərək İordaniya ilə sərhədə doğru getməyə məcbur olub. 

Qeyd edək ki, 2017-ci ilin iyulunda Suriyanın cənub-qərbindəki Deraa, Əl-Kuneytra və Əs-Suveyda əyalətlərində təhlükəszilik zonalarının yaradılmasına dair razılıq əldə olunub. Ötən gün isə son 1 ildə ilk dəfə təhlükəsizlik zonalarında hərbi toqquşma baş verib. Suriya müxalifəti hökumət qüvvələrinin helikopterlərlə onlara bomba atdıqlarını bildirib. 

ABŞ Dövlət Departamenti Bəşər Əsəd hökumətini təhlükəsizlik zonaları ilə bağlı razılaşmaları pozmaqda ittiham edib. Rəsmi Dəməşq isə Suriyada müharibənin hələ də davam etməsinə görə məsuliyyəti Qərb ölkələrinin üzərinə atır. Bundan əvvəl isə Bəşər Əsəd İordaniya ilə sərhəd əraziləri və İsrailin işğal etdiyi Colan yüksəkliklərini geri qaytaracaqlarını bəyan etmişdi. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb