BNA: Sərnişin daşımanın əsas hissəsi dövlətə keçəcək

16:30 | 19.07.2018
BNA: Sərnişin daşımanın əsas hissəsi dövlətə keçəcək

BNA: Sərnişin daşımanın əsas hissəsi dövlətə keçəcək

"Zamanla sərnişin daşınmasının əsas hissəsi dövlətə keçəcək”.
 
AzVision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O bildirib ki, bu gün Bakı şəhərində 2100 avtobus varsa, onun 320-si dövlətə məxsusdur.

"Biz bu nisbəti dəyişdirmək istəyirik və o istiqamətdə işlər aparılır. Yeni avtobusların alınması üçün tender elan olunub, tələblər qoyulub. Avtobus bazasını yeniləyirik ki, həm isti, həm də soyuq aylarda insanları müasir və sürücüləri etik davranış qaydalarına əməl etdiyi avtobuslarla təmin edək. Hansı daşıyıcılar müasir tələblərlə işləyəcəksə onlarla əməkdaşlıq edəcəyik. Etməyənlərlə isə işimiz dayandırılacaq”. 

V.Kərimli bildirib ki, paytaxtdakı avtomobil dayanacaqlarında kameralar quraşdırılacaq və gündəlik monitorinq aparılacaq: "Bununla bağlı hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə iş aparılır. Təhvil-təslim işləri başa çatdıqdan sonra dayanacaqlarda kameralar quraşdırılacaq. Bununla da, onların zəbt edilməsi məsələsi aradan qaldırılacaq. Həmçinin dayanacaqlarda yenidən məlumat lövhələrinin quraşdırılması nəzərdə tutulur”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb