“Boinq”in mühərriki havada dağıldı - VIDEO

İqtisadiyyat 14-02-2018 19:42
“Boinq”in mühərriki havada dağıldı - VIDEO
San-Fransiskodan Havay adalarına uçan Boinq-777 təyyarəsinin sərnişini təyyarənin mühərriklərindən birinin havada olan zaman necə dağıldığının görüntüsünü yayıb.

Axar.az xəbər verir ki, sərnişin təyyarənin "Yunayted Eyəlayns” aviaşirkətinə aid olduğunu bildirib. Şirkət nümayəndələri mühərrikin dağılması səbəbinin hələlik müəyyənləşdirilmədiyini vurğulayıb.

Təyyarənin yerə təhlükəsiz şəkildə eniş etdiyi açıqlanıb.

www.anews.az