BP və tərəfdaşları I yarımillikdə Azərbaycanda sosial layihələrə 3,5 mln. dollar xərcləyib

21:20 | 18.08.2017
BP və tərəfdaşları I yarımillikdə Azərbaycanda sosial layihələrə 3,5 mln. dollar xərcləyib

BP və tərəfdaşları I yarımillikdə Azərbaycanda sosial layihələrə 3,5 mln. dollar xərcləyib

BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 743 nəfər olub.

2017-ci ilin birinci yarısında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə təkcə Azərbaycanda 3,5 mln. dollar xərcləyib.

"Report” xəbər verir ki, bu barədə "BP-Azerbaijan” şirkətinin ilin ilk yarısı ilə bağlı birgə məlumatında qeyd olunub.

"Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədi ilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcəklər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, birinci yarımilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 743 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir. Bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə 6 azərbaycanlı vitse-prezident daxildir.

BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. 

Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir.

"İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir", - məlumatda qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb