Türkiyənin Çorum rayonunda gecələr günlərlə məzarlığa gəlib ağlayan sirli qız saxlanıldıqdan sonra psixoloji problemləri səbəbindən müalicə edilirdi.
GoldNews.az xəbər verir ki, dünən gecə yenidən qəbiristanlığa gəldikdə səlahiyyətlilər tərəfindən yaxalanan qız ilk dəfə görüntülənib.
Təxminən 17-18 yaşlı gənc qız "Nə olar məni buraxın gedim" deyib.
Qeyd edək ki, məzar üstündə öz-özünə danışıb, ağlayan adı açıqlanmayan qız müalicə olunduqdan sonra ailəsinə təhvil verilib.
Məzarı başında ağladığı Fatma Çiftçi ilə heç bir əlaqəsi olmadığı ortaya çıxan qızın şizofreniya xəstəsi olduğu deyilir. Qızın keçmişdə çətin günlər keçirdiyi, bu səbəbdən xəstələndiyi və insanlardan uzaqlaşdığı deyilir. Onun Fatma Çiftçinin məzarı üstə ağlamaq səbəbi bu məzarın yol kənarında və sakit bir yerdə yerləşməsi imiş.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !