Bu gün Bakıya Şaxta baba gəlir

10:16 | 15.12.2017
Bu gün Bakıya Şaxta baba gəlir

Bu gün Bakıya Şaxta baba gəlir

Bu gündən Şaxta Baba və Qar qızlar Bakıda xidmətə başlayacaqlar.

Anews.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

O deyib ki, bu günə qədər bu xidmət üçün quruma 5 cütlük müraciət edib. " Onların fəaliyyətinə bu gündən icazə verilir. Ola bilsin ki, yaxın günlərdə müraciətlərin sayı artsın. Daxil olan müraciətlər araşdırılacaq və onlara da müvafiq icazələr veriləcək".

Ə.Bağırov bildirib ki, indiyə qədər müraciət edən şəxslər paytaxtın müxtəlif ərazilərində quraşdırılan yolkaların ətrafında fəaliyyət göstərmək istəklərini bildiriblər. Sifarişlər əsasında evlərə gedən Şaxta baba üçün isə hələlik müraciət edən yoxdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb