Bu gün "Eurovision"un finalıdır

13:32 | 12.05.2018
Bu gün

Bu gün "Eurovision"un finalıdır

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision" mahnı müsabiqəsinin finalı keçiriləcək.

Anews.az axşam.az-a istinadən bildirir ki, 26 ölkənin təmsilçisi final uğrunda mübarizə aparacaqlar.

Birinci yarımfinalda Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, ikincidə isə Serbiya, Moldova, Macarıstan, Ukrayna, İsveç, Avstraliya, Norveç, Danimarka, Sloveniya və Niderland finala vəsiqə qazanıb.
Birbaşa finalda çıxış edəcək ölkələr Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və müsabiqənin ev sahibi olan Portuqaliyadır.

 
Qeyd edək ki, müsabiqədə ölkəmizi təmsil edən Aysel Məmmədova finala vəsiqə qazana bilməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb