Bu gündən Məhərrəm ayı başlayır

09:02 | 22.09.2017
Bu gündən Məhərrəm ayı başlayır

Bu gündən Məhərrəm ayı başlayır

​Bu gündən Məhərrəm ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasından İstiPress-ə verilən məlumata görə, yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.

Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq. İmam Hüseyinin şəhadətinin qırxıncı günü noyabrın 9-na düşür. Səfər ayı miladi təqvimi ilə noyabrın 19-da başa çatacaq.

Mövcud qanunvericiliyə əsasən, əza məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. "Əzadarlar dinimizin təyin etdiyi əxlaqi çərçivələrə riayət etməlidirlər. Belə ki, qurşağadək soyunub zəncir və sinə vurmaqla bədənə xəsarət yetirmək, qan çıxarmaq  müqəddəs şəriətimizə və İslam əxlaqına uyğun deyil. Allah rizayəti üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər", deyə QMİ-nin fətvasında bildirilir.   

Son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən  qanvermə aksiyası xalqımız tərəfindən xüsusi təqdir edilir. Bu baxımdan, Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir.

QMİ Əhli Beytin hər iki məzhəb üçün əziz olduğunu nəzərə alaraq Azərbaycanda yaşayan hər iki məzhəb ardıcıllarına İslami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində dini dəyərlərə uyğun olaraq birgə iştirak etmələrini tövsiyə edir", deyə QMİ-nin fətvasında qeyd edilir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb