Bu il Azərbaycanda dollar neçə manat olacaq?

00:35 | 15.02.2018
"Fitch” beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research” araşdırma şirkəti Azərbaycanda növbəti iki il üçün manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb.
 
 "APA-Economics” xəbər verir ki, şirkətin Azərbaycanla bağlı hazırladığı "Ölkə üzrə risk” adlı proqnoz hesabatında qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda dolların manata qarşı məzənnəsinin 1,73 manat səviyyəsində olacağı proqnozlaşdırılır.
 
Hesabatda, həmçinin bildirilir ki, 2019-cu ildə dolların manata qarşı məzənnəsinin 1,71 manat səviyyəsində olacağı gözlənilir.




www.anews.az