Bu işçilərin pensiya yaşı artırılır - Qanun

10:58 | 16.02.2018
Bu işçilərin pensiya yaşı artırılır - Qanun

Bu işçilərin pensiya yaşı artırılır - Qanun

Prokurorluq işçilərinin pensiyaya çıxmaq yaşı artırılır.

Modern.az-ın məlumatına görə, bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 32.4-cü maddəsinə (Prokurorluqda qulluq keçmənin yaş həddi) dəyişiklik edilir.

Belə ki, yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər.

Hazırki qanunvericilikdə isə qeyd edilib ki, yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş işçilər xidmət illərinə görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər.

Qanuna dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 20-də keçiriləcək komitə iclasında müzakirə ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb