Xəzər Universitetindəki qalmaqal davam edir. Fəlsəfə doktoru Mail Yaqub ona verilən məvacibə etiraz əlaməti olaraq bir müddət öncə universitetdən istefa verməsindən sonra ona qarşı ağır ittihamlar səsləndirildi. Universitetin açıqlamasında bildirildi ki, Mail Yaqub müəllim olaraq çalışdığı müəssisədə gənc qadın müəllimlərə və tələbələrə qarşı müəllimə yaraşmayan hərəkətləri ilə tanınan birisi olub. Yəni açıq desək, doktor əxlaqsızlıqda ittiham edilib.
"Xəzər Universitetinin ittihamlarında 4-5 nüans var. Birincisi, "Mail Yaqub gənc xanımlara sataşıb, əxlaqsız hərəkətlər edib" - bunun cavabı bəllidir. Əgər belə idisə, 11 ildir mən universitetdə çalışıram, niyə məni çıxarmamısınız? Deməli, siz bunu bilə-bilə məni universitetdə saxlamısınız və təhsil ocağına xəyanət etmisiniz.
Üçüncüsü, "Mail Yaqub məhz bu hərəkətlərinə görə kafedra müdirliyindən uzaqlaşdırılıb"- bu da iftiradır. 2013-2015-ci illərdə mən orada kafedra müdiri olmuşam. Kafedra müdirliyindən öz istəyimlə istefa verib çıxmışam. Hətta təkid edirdilər ki, qal. Çıxma səbəbim maaşla bağlı idi. Mənə 500 manat maaş yazırdılar. Bu məbləğ mənim bir aylıq xərcim deyil, 1500-2000 yazın ki, səhərdən axşama qədər burada oturum. Başqa bir səbəb də var. Hamlet İsaxanlı ora iranlı bir rektor gətirmişdi. Həmin rektor məni iclasda təhqir etdi. Onun təhqirlərinə cavab olaraq kafedra müdirliyindən çıxdım ki, iclaslarda iştirak etməyim. Hətta İsaxan İsaxanlı qalmağımla bağlı təkid etdi".
M.Yaqub digər nüanslardan da söz açıb: "Dördüncüsü, universitetin ittihamlarında yazılır ki, bircə "Fəlsəfəyə giriş" dərsi Azərbaycan dilində tədris olunur, qalanları ingilis - bu da yalandır. Universitetdə dərslərin 50-60 faizi Azərbaycan dilində tədris olunur. Mən universitetdə 11 il müddətində 5 fənn tədris etmişəm - Fəlsəfəyə giriş, Əxlaq fəlsəfəsi, Din fəlsəfəsi, Sosiologiya və Müasir Avropa fəlsəfəsi. Bu 5 fənni 11 il ərzində 4 mindən çox tələbəyə tədris etdim. Orda məndən başqa Azərbaycan dilində tədrislə məşğul olanlar kifayət qədərdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !