Bu ölkə Qüdsə görə diplomatlarını cəzalandırdı

16:00 | 23.05.2018
Bu ölkə Qüdsə görə diplomatlarını cəzalandırdı

Bu ölkə Qüdsə görə diplomatlarını cəzalandırdı

Anqola ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimində iştirak edən diplomatı və buna icazə verən bölgə direktorunu vəzifədən kənarlaşdırıb.

Axar.az xəbər verir ki, bu barədə Anqolanın dövlət agentliyi informasiya yayıb.

Məlumata görə, açılışda iştirak edən Anqola səfirinin müşaviri Joao Dieqo Fortunao və ona icazə verən Afrika və Yaxın Şərq bölgəsi direktoru Xuakin Espirito Santonu Anqolanın Xarici İşlər naziri Manuel Auqusto vəzifədən uzaqlaşdırıb.

Nazirlik diplomatların vəzifədən kənarlaşdırılmasına səbəb kimi ölkənin daxili qərarlarına riayət edilməməsini və ölkənin müsbət imicinə zərər verilməsini göstərib.

Xatırladaq ki, mayın 12-də ABŞ Təl-Əvivdəki səfirliyini Qüdsə köçürmüşdü.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb