Bu ölkədə rusdilli məktəblər ləğv edildi

01:57 | 23.03.2018
Bu ölkədə rusdilli məktəblər ləğv edildi

Bu ölkədə rusdilli məktəblər ləğv edildi

Latviya parlamenti milli azlıqların məktəblərində təhsilin dövlət dilinə keçilməsi haqqında qanun layihəsini qəbul edib,  bu barədə informasiyanı "Delfi" agentliyi yayıb.
 
Yeni qanun layihəsinə əsasən, bundan sonra milli azlıqların məktəblərində ibtidai təhsilin 50%-i dövlət dilində tədris ediləcək. 7-9-cu siniflərdə bu göstərici 80%, 10-12-ci siniflərdə isə 100% olacaq.

Qeyd edək ki, Latviyada milli azlıqların məktəblərinin əksəriyyətində tədris rus dilində aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti