Bu metro stansiyasında eskalator təmirə dayandırılır

"Həzi Aslanov" metro stansiyasında eskalator təmirə dayandırılır.
ANN.Az xəbər verir ki, bu haqda məlumatı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev verib.
Qurum rəsmisinin sözlərinə görə, stansiyasının ikinci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib: "Bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. Martın 11-dən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq".

1 saylı eskalatorun 7 aprel tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.
"Bakı Metropoliteni" QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Orxan Aslanlı
Son xəbərlər
Daha çox 