Bu şəxslərə ayda 10 min maaş verilməlidir – Sensasion təklif

11:28 | 22.02.2019
Bu şəxslərə ayda 10 min maaş verilməlidir – Sensasion təklif

Bu şəxslərə ayda 10 min maaş verilməlidir – Sensasion təklif

İndi ölkədə 8 dövlət orqanının istintaq departamenti var. Bunların hamısı birləşdirilməlidir. Baş Prokurorluğun tabeçiliyində vahid Dövlət İstintaq Komitəsi yaradılmalıdır. Yəni hər hansı bir cinayət faktını aşkar edən orqan həmin materialları istintaq aparılması üçün Dövlət İstintaq Komitəsinə göndərməli və araşdırma burada getməlidir. Bu, həm də əsassız cinayət işlərinin, təqiblərin qarşısını alacaq.

Anews.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev "Yeni Müsavat”a geniş müsahibəsində islahatlarla bağlı danışarkən deyib.

Millət vəkili islahatlar çərçivəsində hakimlərin ömürlük seçilməsini də təklif edib:

"Məhkəmə Hüquq Şurası formalaşandan sonra 120-yə qədər hakim vəzifəsindən kənarlaşdırılıb. Bu, dəhşətli statistikadır. Bu qədər hakimi necə vəzifəsindən kənarlaşdırmaq olar? Hakimlərin tam müstəqilliyi təmin olunmalıdır. Hakimlərin maddi təminatı olmalıdır. Söhbət 600 hakimdən gedir. Hesab edirəm ki, 600 hakimin hər birinə indiki reallıqda ən azı ayda 10 min manat məvacib verilməlidir və ehtiyacı olanlar mənzillə təmin olunmalıdır. Onlardan da tələb olunmalıdır ki, qanunları göz bəbəyi kimi qorusunlar, ədalətli qərarlar qəbul etsinlər. Bax, bizdə 120 hakim qanunu pozduğuna görə vəzifədən kənarlaşdırılıb. Bunların neçəsi həbs olunub? Hesab edirəm 120 hakim qanunu pozduğuna görə cəzalanıbsa, 120-si də məsuliyyətə cəlb olunmalıdır. Yəni onlar həbsə atılmalı idi”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM