• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Bu şəxslərin kreditləri silinsin – Millət vəkilindən təklif

Bu şəxslərin kreditləri silinsin – Millət vəkilindən təklif
27.04.2018 13:45
Millət vəkili Əli Məsimli 3 min dollara qədər kredit borcu olan şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçıların banklara olan borclarının bağlanması ilə bağlı etdiyi təklifin anlaşılmayan tərəfləri barədə açıqlama verib.

Axar.az xəbər verir ki, deputat Ə.Mənsimlinin Milli Məclisin 24 aprel tarixli iclasındakı çıxışında etdiyi təklifin mətbuatda verilən hissəsi qısaldıldığı üçün anlaşılmayıb.

Millət vəkili bununla bağlı bildirib ki, təklif mətbuatda gedən hissədən xeyli fərqlidir:

"Devalvasiyaya qədər borcunu rahatca ödəyən, amma devalvasiya nəticəsində borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilməsini təklif etmişəm. Məsələn, 5 min, imkan varsa, 10 min dollara qədər olan kreditlər 1,05 manat kursu ilə qaytarılsın. Daha iri məbləğli borclar üçün isə 1,2-1,3 manat kursu və ya başqa variant götürmək olar. Bu prosesin reallaşmasında heç kimə ağırlıq düşməsin deyə, risklərin banklar, əhali və dövlət arasında bölüşdürülməsi variantından istifadə edilsin. Burada söhbət imkanı olub, qəsdən borclarını ödəməyən varlılardan getmir”.

Millət vəkili bildirib ki, araşdırma aparılaraq, borcunu ödəmək iqtidarında olmayan bütün imkansız şəxslərin borcları silinsin:

"Xüsusi prezident fərmanı ilə vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailəsinə 11 min manat pul veriləcək. Bu, təqribən 6,5 min dollar edir. Elə olmasın ki, həmin şəhid ailələri alacaqları pulları kredit borclarına sərf etsinlər. Ona görə də təklif edirik ki, məsələn, heç olmasa, 3 min dollara qədər olan borclar, eləcə də 150-170 manat və s. pensiya alanların borcları bağlansın. Araşdırma aparılaraq, borcunu ödəmək iqtidarında olmayan bütün imkansız şəxslərin borcları silinsin. Bundan ötrü fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul edilsin və buna əsasən şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş aztəminatlı insanların aldıqları kreditlər isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın"

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Cəmiyyət 15:53
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Cəmiyyət 15:24
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Cəmiyyət 14:44
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Eldar Əzizov müşavirə keçirib
Cəmiyyət 14:22
Eldar Əzizov müşavirə keçirib
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Cəmiyyət 13:25
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Cəmiyyət 13:03
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:14
Sabah yağış gözlənilir - Hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol