Bu şirkət işçilərinə "yuxu pulu" da ödəyəcək

21:00 | 23.10.2018
Yaponiyanın CRAZY şirkəti işçilərinə yuxularını düzgün idarə edəcəyi halda onlara daha çox pul ödəcəyini bildirib.

Anews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkət yerli mətbuata açıqlamasında bildirib.

Yeni yaradılan sistemin qaydalarına görə, bir işçi 5 iş günü ərzində 6 saatdan çox yuxu yatarsa, ona maaşından əlavə ödəniş də veriləcək. Ay ərzində davamlı olaraq sağlam yaşam tərzinə diqqət edəcək şəxs ballar sayəsində qazanc əldə edəcək.

Bir aya 1 000 bal topalayacaq işçi, 5 min yen (50 dollar) qazanacaq.

www.anews.az