Canlı yayımda doğuş - VİDEO

23:59 | 16.10.2018
Bizim yerli telekanallarımızda nələr göstərilmir?! Tamaşaçılar canlı yayımlarda qadın və kişinin dalaşmasını, əxlaqsız söyüşlərin istifadə edildiyi qalmaqalları və hətta azərbaycanlı aparıcının şpaqat açmasını görüblər. Düşünürdük ki, tamaşaçıların efirdə görmədiyi qalmayıb. Lakin bu, hələ harası idi?!

Belə ki, dünən ATV telekanalının efirində yayımlanan və Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən” verilişində xəstəxanadan canlı yayım olub və uşaq doğuşu göstərilib. Bundan sonra həkim ana qarnından çıxarılmış körpəni nümayiş etdirib.

Sosial şəbəkələrdə tamaşaçılar bu videoçarxı birmənalı qarşılamayıblar. İstifadəçilərin çoxu bildirib ki, müsbət hisslər keçiriblər, digərləri isə canlı efirdə doğuş prosesinin göstərilməsinə qarşı çıxıblar. 

Tanınmış azərbaycanlı yazıçı, əməkdar incəsənət xadimi, kinodramaturq Natiq Rəsulzadənin fikrincə, telekanallarda nəyin göstərilib-göstərilməməsi ilə bağlı sərhəd olmalıdır. 

"Televiziyamızdakı vəziyyətlə bağlı mən və digər ziyalılar dəfələrlə müsahibə vermişik. Kanalların səviyyəsi orta tamaşaçının səviyyəsindən aşağı yox, yuxarı olmalıdır.

Hər şeyi göstərmək olar, ancaq sərhəd var. Hər bir yaradıcı şəxsiyyətin ürəyində - mən aparıcı, rejissor və başqalarını nəzərdə tuturam – öz senzurası olmalıdır. Və bu senzura sərhəd qoymalıdır. Təəccüblənirəm ki, kanallarımızda qadın və kişinin cinsi münasibətlərini göstərmirlər”, - yazıçı Oxu.Az-ın müxbiri ilə söhbətində deyib. 

Onun sözlərinə görə, doğuş prosesinin və digər analoji səhnələrin efirdə göstərilməsi yalnız tamaşaçıları "qıcıqlandırmaq” üçündür. 

"Əgər bu, onları "qıcıqlandırsa”, demək, sən "günün qəhrəmanısan” və sənin haqqında danışacaqlar. Bax, bu, onlara vacibdir: "Baxın! Canlı efirdə doğuşu göstərdilər!”

"Bu səhnələrin sənədli filmlərdə göstərilməsi fərqlidir. Biz dəfələrlə qadın problemlərinin, eləcə də, doğuşun sənədli və bədii filmlərdə göstərilməsinin şahidi olmuşuq. 

Bu vəziyyətdə isə proqram səhifə xarakteri daşıyır. Düşünürlər ki, özlərindən Amerika yaradacaqlar. Bu ki təsadüfi deyil. Əlbəttə ki, hər şey əvvəlcədən hazırlanıb. Xəstəxanaya zəng edib, yaxın zamanlarda doğuşun olub-olmayacağını soruşurlar və xəstənin razılığını alırlar. Çox güman ki, ona bunun üçün nəsə vəd veriblər”, - yazıçı bildirib. 

Onun sözlərinə görə, bu cür verilişlər zamanı insanların daxili senzuraya ehtiyacı var.

"Təəssüf ki, bu gün bu cür insanları tapmaq çox çətindir. Düşünməsinlər ki, mən köhnə düşüncəli adamam – bu, belə deyil. Yüz il əvvəl olduğu kimi, yüz il sonra da yaradıcı insanların daxili senzurası olacaq. Onlar bu senzuranı dəf etməməlidirlər”, - Rəsulzadə qeyd edib.  

Azərbaycanlı kinorejissor və ssenarist Ayaz Salayev etiraf edib ki, kanallarımızdakı vəziyyətdən hiddətlənib. 

"Mən indi televiziyalarımıza baxmıram. Mənə lazım olanı internetdən izləyirəm. Canlı efirdə doğuşla bağlı süjetə baxmamışam, ona görə də bunu tam şərh edə bilmərəm. Ancaq hər cür kütbeyinlərin tamaşaçılarımızı kütləşdirəcək verilişlər yayımlaması məndə daha çox hiddət doğurur. Canlı yayımda doğuş telekanallarımızda baş verən ən dəhşətli hal deyil”, - müsahibimiz bildirib. 

Bəlkə, bu buraxılış reytinq qaldırmaq üçün deyildi, bəlkə, həqiqətən də, xeyirxah xarakter daşıyırdı. Lakin hər zaman Azərbaycan televiziyasının mümkün formatlarını unutmaq olmaz. Əgər biz indi canlı yayımda doğuş prosesini görmüşüksə, gələcəkdə Azərbaycan kanallarında bizi gözləyənləri təsəvvür etmək dəhşətlidir.

Bizim yerli telekanallarımızda nələr göstərilməyib?! Tamaşaçılar canlı yayımlarda qadın və kişinin dalaşmasını, əxlaqsız söyüşlərin istifadə edildiyi qalmaqalları və hətta azərbaycanlı aparıcının şpaqat açmasını görüblər. Düşünürdük ki, tamaşaçıların efirdə görmədiyi qalmayıb. Lakin yanılmışıq.

Belə ki, dünən ATV telekanalının efirində yayımlanan və Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən” verilişində xəstəxanadan canlı yayım olub və uşaq doğuşu göstərilib. Bundan sonra həkim ana qarnından çıxarılmış körpəni göstərib.

Sosial şəbəkələrdə tamaşaçılar bu videoçarxı birmənalı qarşılamayıblar. İstifadəçilərin çoxu bildirib ki, müsbət hisslər keçiriblər, digərləri isə canlı efirdə doğuş prosesinin göstərilməsinə qarşı çıxıblar. 

Tanınmış azərbaycanlı yazıçı, əməkdar incəsənət xadimi, kinodramaturq Natiq Rəsulzadənin fikrincə, telekanallarda nəyin göstərilib-göstərilməməsi ilə bağlı sərhəd olmalıdır. 

"Televiziyamızdakı vəziyyətlə bağlı mən və digər ziyalılar dəfələrlə müsahibə vermişik. Kanalların səviyyəsi orta tamaşaçının səviyyəsindən aşağı yox, yuxarı olmalıdır.

Hər şeyi göstərmək olar, ancaq sərhəd var. Hər bir yaradıcı şəxsiyyətin ürəyində - mən aparıcı, rejissor və başqalarını nəzərdə tuturam – öz senzurası olmalıdır. Və bu senzura sərhəd qoymalıdır. Təəccüblənirəm ki, kanallarımızda qadın və kişinin cinsi münasibətlərini göstərmirlər”, - yazıçı Oxu.Az-ın müxbiri ilə söhbətində deyib. 

Onun sözlərinə görə, doğuş prosesinin və digər analoji səhnələrin efirdə göstərilməsi yalnız tamaşaçıları "qıcıqlandırmaq” üçündür. 

"Əgər bu, onları "qıcıqlandırsa”, demək, sən "günün qəhrəmanısan” və sənin haqqında danışacaqlar. Bax, bu, onlara vacibdir: "Baxın! Canlı efirdə doğuşu göstərdilər!”

"Bu səhnələrin sənədli filmlərdə göstərilməsi fərqlidir. Biz dəfələrlə qadın problemlərinin, eləcə də, doğuşun sənədli və bədii filmlərdə göstərilməsinin şahidi olmuşuq.

Bu vəziyyətdə isə proqram səhifə xarakteri daşıyır. Düşünürlər ki, özlərindən Amerika yaradacaqlar. Bu ki təsadüfi deyil. Əlbəttə ki, hər şey əvvəlcədən hazırlanıb. Xəstəxanaya zəng edib, yaxın zamanlarda doğuşun olub-olmayacağını soruşurlar və xəstənin razılığını alırlar. Çox güman ki, ona bunun üçün nəsə vəd veriblər”, - yazıçı bildirib. 

Onun sözlərinə görə, bu cür verilişlər zamanı insanların daxili senzuraya ehtiyacı var.

"Təəssüf ki, bu gün bu cür insanları tapmaq çox çətindir. Düşünməsinlər ki, mən köhnə düşüncəli adamam – bu, belə deyil. Yüz il əvvəl olduğu kimi, yüz il sonra da yaradıcı insanların daxili senzurası olacaq. Onlar bu senzuranı dəf etməməlidirlər”, - Rəsulzadə qeyd edib.  

Azərbaycanlı kinorejissor və ssenarist Ayaz Salayev etiraf edib ki, kanallarımızdakı vəziyyətdən hiddətlənib. 

"Mən indi televiziyalarımıza baxmıram. Mənə lazım olanı internetdən izləyirəm. Canlı efirdə doğuşla bağlı süjetə baxmamışam, ona görə də bunu tam şərh edə bilmərəm. Ancaq hər cür kütbeyinlərin tamaşaçılarımızı kütləşdirəcək verilişlər yayımlaması məndə daha çox hiddət doğurur. Canlı yayımda doğuş telekanallarımızda baş verən ən dəhşətli hal deyil”, - müsahibimiz bildirib. 

Bəlkə, bu buraxılış reytinq qaldırmaq üçün deyildi, bəlkə, həqiqətən də, xeyirxah xarakter daşıyırdı. Lakin hər zaman Azərbaycan televiziyasının mümkün formatlarını unutmaq olmaz. Əgər biz indi canlı yayımda doğuş prosesini görmüşüksə, gələcəkdə Azərbaycan kanallarında bizi gözləyənləri təsəvvür etmək dəhşətlidir. 

Sözügedən verilişdəki həmin görüntüləri təqdim edirik:
 
 
 

 



www.anews.az

Xəbər lenti