Cəbhədə yaralanmış erməni hərbçilər ağır vəziyyətdədir – FOTO

01:13 | 23.03.2018
Cəbhədə yaralanmış erməni hərbçilər ağır vəziyyətdədir – FOTO

Cəbhədə yaralanmış erməni hərbçilər ağır vəziyyətdədir – FOTO

Martın 19-da baş vermiş döyüşdə ermənilərin 20-dək hərbi qulluqçusu məhv edilib.
 
Martın 19-da cəbhənin Goranboy rayonu istiqamətindəki toqquşma nəticəsində yaralanmış erməni əsgərlərdən 2-sinin vəziyyəti ağır olaraq qalır.
 
Minval.İnfo Modern.az-a istinadən xəbər verir ki, yaralı hərbçilərdən bir neçəsi Xankəndindəki hərbi hospitalda müalicə olunur, ağır vəziyyətdə olan bir zabit və bir əsgər isə Yerevana aparılıb. Bunlar leytenant Sərkis Qabrelyan və əsgər Edqar Matirosyandır.
 
Bu arada Dağlıq Qarabağdakı separatçı rejimin "rəhbəri” Bako Saakyan Xankəndində müalicə olunan yaralı əsgərlərə baş çəkrərək, onlara ürək-dirək verməyə çalışıb. Bundan başqa, o, ölən erməni əsgərlərin valideynlərinin sakitləşməsi üçün onları "medal”la təltif edib.
 
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 19-da baş vermiş döyüşdə ermənilərin 20-dək hərbi qulluqçusu məhv edilib və yaralanıb.
Ermənistan tərəfi isə 3 əsgərin öldüyünü, 4-nün yaralandığını etiraf edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb