• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

"Cəbiş müəllim"in 100 illik yubileyi qeyd olunub - Fotolar

15.10.2015 20:33
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mərhum aktyor, xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyi keçirilib.
 
"Report" xəbər verir ki, tədbirdə mərhum aktyorun sənət dostları, doğmaları iştirak edib. 

Süleyman Ələsgərovun ailəsi adından qızı Sevil Əhədzadə çıxış edərək ürək sözlərini dilə gətirib: "Atam mehriban insan, gözəl ata idi. İncəsənətə, teatra bağlılığım atamdan gəlir. O mənə uşaqlıqdan romanlar, hekayələr oxumağı tövsiyə edirdi. Hər həftə əlimdən tutub məni teatra gətirirdi. Onun sayəsində teatrı sevdim. Atam haqqında kitab da yazmışam. Təəssüf ki, tamaşaçılar onu Cəbiş müəllim kimi xatırlayır. Amma teatrda atamın gözəl rolları olub. Səməd Vurğun, Maksim Qorki, Montenelli, Hacı Qəmbər və s. obrazlar yaradib". 

Tədbirdə həmçinin xalq artistləri Cəfər Namiq Kamal, Tariyel Qasımov, Yasin Qarayev çıxış edərək Süleyman Ələsgərovla bağlı xatirələrini bölüşüblər. Daha sonra mərhum aktyorun ifa etdiyi rollar videoçarxda yenidən xatırlanıb. 

Qeyd edək ki, Süleyman Ağababa oğlu Ələsgərov 1915-ci ildə Bakıda anadan olub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933- cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.

Tamaşaçıların "Bizim Cəbiş müəllim" filmindən yaxşı tanıdığı Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrının veteranlarından sayılır. Belə ki, aktyor bu sənət ocağında fasiləsiz olaraq 63 il səhnəyə çıxıb. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. 83 yaşında da səhnədə canlı, dinamik və təravətli görünüb. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.
Xalq artisti Süleyman Ələsgərov 1998-ci il dekabrın 10-da vəfat edib.
 







www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
00:10
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
13:25
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
15:33
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
19:21
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
13:59
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
15:17
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
100-cü tamaşa - Fotolar
17:48
100-cü tamaşa - Fotolar
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
23:07
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol