DÇ-2018: Final matçın bilet qiymətləri məlum oldu

17:32 | 13.07.2018
DÇ-2018: Final matçın bilet qiymətləri məlum oldu

DÇ-2018: Final matçın bilet qiymətləri məlum oldu

İyulun 15-də Fransa ilə Xorvatiya arasında keçiriləcək Dünya Çempionatının final matçı üçün biletlərin qiyməti bəlli olub.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, futbolsevərlərin həyəcanla gözlədiyi finalda iki ölkənin milli komandaları Rusiyanın paytaxtı Moskvadakı 78 min nəfərlik "Luzhniki” stadionunda qarşılaşacaq.

"DÇ-2018”in finalı üçün bilet qiymətləri 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatına nisbətən 11 faiz artıb.

Qrup matçlarını 105 dollara izləyən futbolsevərlər final üçün ən ucuz qiymət kimi 455 dollar ödəmək məcburiyyətindədirlər.

Nəhəng final üçün birinci kateqoriyaya bilet qiyməti isə 1100 dollar olaraq müəyyənləşib. Bu rəqəmlə "DÇ-2018”nin bilet qiyməti min dolları ötən çempionat kimi tarixə düşüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb