Daha bir “Boeing” qəzası: Bu dəfə Rusiyada

17:26 | 15.03.2019
Daha bir "Boeing” istehsalı təyyarə ilə bağlı problem yaranıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın Mirnıy şəhərindən Moskvaya uçan "Boeing 737-800" təyyarəsi təcili qəza enişi edib.

İlkin səbəb olaraq təyyarənin mühərrikinin nəzarətdənkənar şəkildə dayanması göstərilir.

Rəsmilərin verdiyi məlumata görə, fövqəladə vəziyyətdə xəsarət alan olmayıb. Təyyarədə nə qədər sərnişin və ekipaj üzvünün olduğu isə açıqlanmır.

Qeyd edək ki, ötən həftə Efiopiyada "Boeing” şirkətinə məxsus təyyarə dəhşətli qəzaya uğramışdı, nəticədə 149 nəfər həlak olmuşdu. 5 ay öncə İndoneziyada da oxşar hadisə meydana gəlmişdi. Həmin qəzada isə 189 nəfər ölmüşdü.

www.anews.az
loading...