Daha bir ticarət mərkəzi yandı

13:13 | 17.04.2018
Daha bir ticarət mərkəzi yandı

Daha bir ticarət mərkəzi yandı

Rusiyanın Arxangelsk əyalətinin mərkəzi hissəsində yerləşən "Fokus” ticarət mərkəzində yanğın baş verib.

Axar.az xəbər verir ki, ikinci çətinlik dərəcəsində göstərilən yanğının söndürülməsi üçün əraziyə 30 yanğınsöndürmə əməkdaşı cəlb olunub.

Məlumata görə, əvvəlcə binada olan 6 nəfər təxliyə edilib. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Arxangelsk Şəhər İdarəsinin məlumatına görə yanğın artıq söndürülüb.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın Kemerovo bölgəsində "Qış albalısı” ticarət-əyləncə mərkəzində baş verən yanğın zamanı 64 nəfər dünyasını dəyişmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM