Daş karxanalarında ciddi nöqsanlar aşkarlanıb

19:45 | 11.10.2018
Daş karxanalarında ciddi nöqsanlar aşkarlanıb

Daş karxanalarında ciddi nöqsanlar aşkarlanıb

"Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir"

AzVision.az xəbət verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.

Onun sözlərinə görə, atmosfer havasını çirkləndirən, havanı bürüyən toz-dumanın digər bir mənbəyi də şərqdən və qərbdən Bakını əhatə edən daş karxanalarıdır. Bununla bağlı nazirliyə çoxlu sayda şikayət və müraciətlər daxil olur:

"Apardığımız monitorinq və araşdırmalar zamanı əksər daş karxanalarının fəaliyyətində pozuntular aşkar edilib. Bir çox daş karxanalarının istismarçıları müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir, təbiətə, ətraf ərazilərdə yaşayan sakinlərə böyük ziyan vururlar. Buna görə karxana sahiblərinə və istismarçılara qarşı cərimələr tətbiq olunub. Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir".

R.Bağırov qeyd edib ki, daş karxanalarında hələ də ötən əsrin 70-ci illərindən qalmış avadanlıq və texnologiyadan istifadə olunur: "Bu, olduqca acınacaqlı və narahatedicidir. Çalışırıq ki, onları yeni və müasir tələblərə cavab verən texnologiyalarla tanış edək ki, əhalini narahat edən bu ekoloji problemlər aradan qaldırılsın. Yeni texnologiyaların quraşdırılması üçün onlara vaxt verilib".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb