• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Daşaltı əməliyyatından 26 il ötür

Daşaltı əməliyyatından 26 il ötür
26.01.2018 09:52
Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 26 il ötür.

AzVision.az xəbər verir ki, Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.

Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.

Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib. Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.

Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib.

Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev yanğın baş verən ərazidə
Siyasət 11:47
İlham Əliyev yanğın baş verən ərazidə
Prezidentdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM
Siyasət 11:43
Prezidentdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM
Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar
Siyasət 08:50
Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar
Qarabağda erməni əsgər məhv edildi
Siyasət 08:48
Qarabağda erməni əsgər məhv edildi
Cəbhədə gərginlik - MN məlumat yaydı - FOTO
Siyasət 08:46
Cəbhədə gərginlik - MN məlumat yaydı - FOTO
177 hüquqi şəxs, 710 əcnəbi... - Mehriban Əliyeva faktları açıqladı
Siyasət 06:07
177 hüquqi şəxs, 710 əcnəbi... - Mehriban Əliyeva faktları açıqladı
Hərbi xidmətlə bağlı dəyişiklik
Siyasət 05:55
Hərbi xidmətlə bağlı dəyişiklik
Azərbaycanda nazirlərin xanım müavinləri - DOSYE
Siyasət 05:34
Azərbaycanda nazirlərin xanım müavinləri - DOSYE
Laçın yoluna nəzarəti ələ keçirdik - VIDEO
Siyasət 03:50
Laçın yoluna nəzarəti ələ keçirdik - VIDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol