• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Dağıstanda öldürülən azərbaycanlının kimliyi bilindi - FOTO

Dağıstanda öldürülən azərbaycanlının kimliyi bilindi - FOTO
26.03.2014 10:30
Dağıstanda həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülən “Xasavyurt bandası”nın başçısının Azərbaycanın Balakən rayonundan olduğu məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 1988-ci il təvəllüdlü Atayev Tural Murtuzəli oğlu Balakənin Mahamalar kəndində doğulub. Bir neçə il əvvəl o,  radikal dini qruplaşmalara qoşularaq Azərbaycanı tərk edib. T. Atayev silahlı qruplaşma üzvləri arasında “Yəhya” ləqəbi ilə tanınırmış.  Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN-in xüsusi təyinatlı dəstələri Xasavyurt rayonunun Pervomayski kəndindəki fərdi evlərdən birini mühasirəyə alıblar. Evdə olan qanunsuz dəstə üzvlərinə təslim olmaq təklif olunub, lakin silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını avtomat silahdan atəşə tutublar.    Xüsusi əməliyyat zamanı evdə olan 5 silahlı zərərsizləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilib. Öldürülən silahlılar arasında “Xasavyurt bandası”nın başçısı hesab edilən Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Tural Atayevin da olduğu bildirilir. Rusiya Milli Antiterror Komitənin (MAK) məlumatında Tural Atayevin ötən il Pyatiqorsk şəhərində törədilən terror aktının təşkilatçısı olduğu bildirilir. Hadisə yerində çoxlu sayda silah və sursat aşkarlanıb. Mülki əhali arasında xəsarət alanların olmadığı bildirilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Maska: Sənin üçün darıxdım...
Dünya 10:50
Trampdan Maska: Sənin üçün darıxdım...
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
Dünya 20:00
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Dünya 18:30
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Dünya 15:31
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Dünya 14:56
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Türkiyədə fabrikdə yanğın başlayıb
Dünya 10:10
Türkiyədə fabrikdə yanğın başlayıb
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
Dünya 09:00
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Dünya 22:30
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Dünya 21:29
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol