Dəhşətli qəzadan sonra mühüm yenilik – Qurbanov açıqladı

12:13 | 12.10.2018
Dəhşətli qəzadan sonra mühüm yenilik – Qurbanov açıqladı

Dəhşətli qəzadan sonra mühüm yenilik – Qurbanov açıqladı

Bakı-Sumqayıt dairəvi yolunda bir tərəfə yolun uzunluğu 42 km, əks istiqamətdə isə 47 km-dir.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Dairəvi yolda 14 stansiya olacaq. Yol 30 minə yaxın sərnişinin daşınmasına xidmət edəcək. Burada 7 cüt qatar işləyəcək. Onların sayı arta-azala bilər. Bakıdan Sumqayıta qədər yeraltı-yerüstü keçidlərin sayı 20-yə yaxındır. Binəqədəki qəzadan sonra qərara almışıq ki, avtomobil yolu ilə dəmir yolunun eyni olduğu ərazilərdə onların birinin səviyyəsini dəyişək. Bu isə körpü və yaxud tunel vasitəsilə ola bilər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb