Dəhşətli yanğın davam edir: işıqlar sönə bilərmi? - Açıqlama

12:41 | 16.07.2018
Dəhşətli yanğın davam edir: işıqlar sönə bilərmi? - Açıqlama

Dəhşətli yanğın davam edir: işıqlar sönə bilərmi? - Açıqlama

Göyçayda baş verən yanğının "Azerenerji”nin fəaliyyətinə heç bir təsir göstərməyib.

Bu sözləri Axar.az-a Azərenerji ASC-nin mətbuat katibi Yəhya Babanlı Göyçay rayonu Bığır və Qaraməryəm kəndlərində baş verən yanğın zamanı "Azərenerji"nin yüksək gərginlikli elektrik dirəklərinin alovlanma ehtimalından danışarkən deyib.

O bildirib ki, yanğınsöndürənlərin peşəkarlığı nəticəsində sistemin dayanıqlığında və enerji təminatında heç bir problem olmayıb.

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə saytımıza açıqlamasında bildirib ki, Göyçayda enerji təchizatında fasilələr yaranmayıb və hazırda əhalinin enerji təminatı 100 faizdir. Yaxın zamanda da, işıqla bağlı hər hansı problemin olacağını düşünmürük.

Qeyd edək ki, Göyçayın Bığır və Qaraməryəm kəndləri arasında, vətəndaşlara məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb. Hazırda yanğın davam edir və indiyədək 60 hektar ərazidə biçilmiş taxıl sahəsi yanıb və "Azərenerji"nin yüksək gərginlikli elektrik dirəkləri alovdan mühafizə edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb