• $ 1.7
  • € 2.0154
  • ₽ 0.02043
  • ₺ 0.0412
  • £ 2.3192

Deputat: Orta məktəbdə oxuyanda palto görməmişəm, geyinməmişəm - FOTO

Deputat: Orta məktəbdə oxuyanda palto görməmişəm, geyinməmişəm - FOTO
15.10.2018 14:38
Milli Məclisin deputatı Vahid Əhmədov uşaqlıq illəri ilə bağlı maraqlı xatirələrini bölüşüb.
 
Millət vəkili "Modern.az" saytının hazırladığı "Mənim kəndim" rubrikası çərçivəsində mətbuatda indiyədək barəsində bilinməyən faktları və fotoşəkilləri üzə çıxarıb.

V.Əhmədov Quba rayonunun Qonaqkənd qəsəbəsində keçən uşaqlıq illərindən danışıb. Ailələrinin böyük olduğunu qeyd edən deputat bildirib ki, 7 qardaş və 2 bacı olublar: " Böyük qardaşım rəhmətə gedib. Qardaş-bacılarımın hamısı oxumuş olublar və sonralar Bakıda yaşayıblar. Ailədə çox uşaq olduğumuza görə, çox dalaşırdıq. Kim böyük idisə, balacanı döyürdü. Mən sakit, oxuyan uşaq olmuşam".

Millət vəkilinin sözlərinə görə, oxuduğu illərdə məktəbə gedirdi, evə qayıdan kimi meşəyə odun qırmağa yollanırdı "Bunu da başa çatdırdıqdan sonra gecə, lampa, şam işığında dərslərimi həll edirdim. Hətta gecə saat 1-2-yə kimi üzü üstə uzanıb, kitab oxuyardım. Orta məktəbdə oxuduğum vaxtda palto görməmişəm, geyinməmişəm. Yalnız tələbə olub, Bakıya gələndə paltonun nə olduğunu bildim".

V. Əhmədov tələbəlik illərindən da danışıb: "Tələbəlik illərimdə Şmidt adına zavodda (indiki Səttərxan adına zavod) getdim. 1965-ci ildə böyük qardaşım uzun çətinliklə, tanışlıqla məni orada yerləşdirə bildi. Qardaşım həmin zavodun direktoru Həsən Nemətovun katibəsini əməliyyat etmişdi. Bu tanışlıq zavoda fəhlə düzəlməyimə kömək etdi. İlk maaşımla hədiyyə alıb, valideynlərimə göndərmişəm. Ümumiyyətlə, hər ay maaşımdan atama pul göndərirdim. Şmidt adına zavodda (indiki Səttarxan adına zavod) mən ilk olaraq, fəhlə işləmişəm. Sex süpürürdüm, təxmini 80 manat maaş alırdım. Həmin vaxt bu, böyük pul idi. Arxamda isə qardaşımdan başqa heç kimin yox idi. Mən özümü göstərdikcə, yaxşı işlədikcə, vəzifəm artırdı. Bir müddət keçəndən sonra usta kimi çalışdım. Artıq bu vaxtlarda hiss edirsən ki, sən cəmiyyətə lazımsan. Bundan sonra sahə rəisi kimi çalışdım və əsgər getdim. Amma hərbi xidməti bitirib, qayıdandan sonra fəaliyyətimim o zavodda davam etdirmədim. Bakı Radio Zavodunda çalışmağa başladım".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov AK-nın genişlənmə üzrə komissarı ilə görüşüb
Siyasət 22:02
Ceyhun Bayramov AK-nın genişlənmə üzrə komissarı ilə görüşüb
Prezident Counz Roberti təltif edib
Siyasət 16:37
Prezident Counz Roberti təltif edib
Prezident sərəncam imzalayıb
Siyasət 16:33
Prezident sərəncam imzalayıb
Əliyev Aİ komissarı ilə görüşdə sülh və enerji əməkdaşlığını müzakirə edib
Siyasət 12:44
Əliyev Aİ komissarı ilə görüşdə sülh və enerji əməkdaşlığını müzakirə edib
Zakir Həsənov 12-ci Pekin Syanşan Forumunun açılışında iştirak edib
Siyasət 12:42
Zakir Həsənov 12-ci Pekin Syanşan Forumunun açılışında iştirak edib
Əli Əsədov Qırğızıstana gedib
Siyasət 12:18
Əli Əsədov Qırğızıstana gedib
İnsan hüquqları komitəsi 16 əsas tədbir keçirəcək
Siyasət 12:31
İnsan hüquqları komitəsi 16 əsas tədbir keçirəcək
Əli Məsimli: Kənd təsərrüfatı sektorunda geriləmə var
Siyasət 12:02
Əli Məsimli: Kənd təsərrüfatı sektorunda geriləmə var
Yeni qanun Almaniya, Hollandiya kimi ölkələrin təcrübəsinə əsaslanır - Nazir müavini
Siyasət 11:48
Yeni qanun Almaniya, Hollandiya kimi ölkələrin təcrübəsinə əsaslanır - Nazir müavini
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol