Deputatdan “şortik qalmaqalı”na sərt reaksiya: “Ata-anası görmür o qız necə geyinir?” – Video

22:26 | 19.06.2018
Deputatdan “şortik qalmaqalı”na sərt reaksiya: “Ata-anası görmür o qız necə geyinir?” – Video

Deputatdan “şortik qalmaqalı”na sərt reaksiya: “Ata-anası görmür o qız necə geyinir?” – Video

"Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir?”
Bu fikirləri Bakı metrosunda gənc qızın şortik geyinməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirən Milli Məclisin deputatı Ağacan Abıyev deyib.
Ağacan Abıyevin fikrincə, valideynlər uşaqlarının geyim məsələsinə diqqətlə yanaşmalıdırlar:
"Vallah, bu məsələdə siz necə düşünürsüzsə, mən də elə düşünürəm. Sizə bir şey deyim, bizdə geyimə görə qadağa yoxdur, kim necə istəyir, elə də geyinir.
O qız azərbaycanlıdır, hə? Onda ata-anası baxmalıdır ki, o uşaq necə geyinir. Yəni camaat ona bir söz deyənə qədər, valideynləri həmin uşağa deməlidirlər ki, Bakıda belə geyinmək olmaz!
Sən azərbaycanlısan, qayda-qanun var… Bu, o ailənin məsələsidir, ata-ananın işidir. Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir? Birinci növbədə ailədə o məsələlərə fikir vermək lazımdır”. (Moderator)


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb