Gediş haqqı yarıya endirilsin - Təklif

10:20 | 21.06.2018
Gediş haqqı yarıya endirilsin - Təklif

Gediş haqqı yarıya endirilsin - Təklif

İctimai nəqliyyatın yer üstündə alternativsiz növü sayılan avtobuslarda oturan qadınlar əllərində yelpiklərlə, kişilər də yelpik götürmək ayıb sayıldığından cib dəsmalları ilə özlərini sərinlədirlər.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa ictimai nəqliyyatda kondisioner probleminə münasibət bildirərkən deyib. O təklif edib ki, kondisionerlər işləmədiyinə görə avtobuslarda gedişhaqqı aşağı salınsın:

"Hiss olunur ki, tər hamının dabanından axır. Bəhanə edirlər ki, avtobusların qapıları tez-tez açıldığından soyuducuların işlədilməsi mümkün olmur. 21-ci əsrdir, bəsit bir nəqliyyatda vətəndaşın rahat daşınma problemini çözmək mümkün olmayıb. Avtobuslarda bir neçə sadə sərinkeşlər yerləşdirib çalışdırmaq da mümkün deyil? Əgər sərinkeş də quraşdırılmırsa, o zaman istiyə görə çəkilən əzabın müqabilində birdəfəlik ödənişləri də 50 faiz aşağı salmaq olmazmı? Necə deyərlər, axıdılan tərin əvəzinə qiymət endirimi kampaniyası”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb