Deputatı döyüb xəstəxanalıq etdilər

20:44 | 24.09.2018
Deputatı döyüb xəstəxanalıq etdilər

Deputatı döyüb xəstəxanalıq etdilər

30 nəfərdən ibarət ultra-sağçılar Yunanıstanın radikal solçuların koalisiyasından ibarət hakim SİRİZA partiyasının Messiniya regionundan olan deputatı Petros Konstantineasaya hücum edərək döyüblər.
 
AzVision.az xəbər verir ki, bu barədə Afina agentliyi məlumat yayıb. Qeyd olunur ki, insident Peloponnesdəki Kalamata şəhərindəki stadionun girişi yaxınlığında baş verib. 

Ultra-sağçılar deputata ciddi bədən xəsarətləri yetiriblər. Xəstəxanaya yerləşdirilən Konstantineasa onu döyənlərin faşizmi dəstəkləyən təşkilatın üzvləri olduğunu bildirib. "Faşizm keçməyəcək”, – deyə deputat qəzəblə bildirib. 

Hücumla əlaqədar Yunanıstan polisi 5 şübhəlini saxlayıb. Ölkənin bütün siyasi partiyaları baş verən hadisəni qınayıblar. Yunanıstanın baş naziri Aleksis Tsiprasın mətbuat xidməti isə deputata hücum edənlərin tezliklə yaxalanıb məsuliyyətə cəlb olunacaqlarını bəyan edib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Yunanıstanda musiqiçi Pavlos Fissasanın ultra-sağçı "Qızıl şəfəq” partiyasının üzvləri tərəfindən qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı anti-faşist nümayişlər keçirilib. Qətl hadisəsindən sonra partiyanın cinayətkar təşkilat kimi tanınması tələbləri səslənsə də, illərdir davam edən məhkəmə prosesi hələ də yekunlaşmayıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb