• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

"Deputatların maaşı artıb, qiymət artımına səs çıxarmırlar" sözlərinə millət vəkilindən cavab

04.08.2018 09:39
Bir neçə gün əvvəl Tarif Şurası ölkədə nəqliyyatın qiymətini qaldırdıqdan sonra məsələyə sadə vətəndaşlarla yanaşı məşhur simalar da öz etirazlarını bildirib. Bu məşhur simalardan biri də müğənni Nura Suridir. 

O, bu məsələ haqda bunları deyib: "Bu qiymət artımı nəyə lazımdır? Nə etmək istəyirsiniz? İnsanları niyə qıcıqlandırırsınız bilmək olar? Deputatlar, millətin vəkilləri niyə danışmırlar? Maaşları artıb, sakit oturublar".

Müğənninin sözlərinə cavab olaraq deputat Fazil Mustafa BiG.AZ-a açıqlamasında bildirib ki, mətbuatda və sosial şəbəkələrdə Tarif Şurasının qərarı ilə bağlı səsləndirən fikirləri oxumadan, bilmədən danışmaq Azərbaycanda ənənəyə çevrilib:

"Mənim bununla bağlı tənqidi açıqlamamı bir saytda 20 mindən çox insan oxudu. Bundan əlavə Tarif Şurasının qərarını Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Əli Məsimli və digər deputalarımız tənqid etdi. Bu açıqlamaları oxumadan, bilmədən hansısa fikir səsləndirmək doğru deyil. İstər müğənni, istərsə də digər sənətin nümayədəsi olsun, bu cür ittiham edici formada danışmamalıdır. Ola bilər ki, deputatların açıqlaması onları qane etməsin. Burda hər kəs fərdi məsuliyyət daşıyır. Hamı eyni musiqinin tempini tutacaq deyə bir anlayış yoxdur. Hər kəsin öz fikri və məsələyə baxış tərzi var. Biz bu məsələnin bir vətandaş üçün böyük sıxıntı yaradacağını vurğulamışıq. Gərək o açıqlamalar oxunsun ki, bu cür əsassız danışılmasın”. 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub
Siyasət 21:30
Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub
İlham Əliyev Trampa təşəkkür edib
Siyasət 18:20
İlham Əliyev Trampa təşəkkür edib
Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
Siyasət 18:07
Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
Siyasət 16:53
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
İlham Əliyev Stiven Doutini qəbul edib
Siyasət 12:11
İlham Əliyev Stiven Doutini qəbul edib
Formula 1 üçün viza rejimi sadələşdirilir - Sərəncam
Siyasət 11:15
Formula 1 üçün viza rejimi sadələşdirilir - Sərəncam
Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib
Siyasət 20:29
Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib
İlham Əliyev Volodimir Zelenskini təbrik edib
Siyasət 11:10
İlham Əliyev Volodimir Zelenskini təbrik edib
Ceyhun Bayramov Lavrovla telefon danışığı aparıb
Siyasət 15:45
Ceyhun Bayramov Lavrovla telefon danışığı aparıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol