DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı

16:16 | 11.01.2018
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı

DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı

Yanvarın 13-dən etibarən "BakuBus” avtobuslarının xidmət göstərəcəyi 175 nömrəli marşrut xəttində də gedişhaqqı göstərilən normativlərə uyğun olaraq 30 qəpik müəyyən edilib.
 
Anews.az xəbər verir ki, bu barədə Modern.az-a "BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.
 
M.Piriyev qeyd edib ki, marşrut xətlərində tətbiq olunan gediş haqqı Tarif Şurasının müvafiq qaydalarına əsasən həyata keçirilir:
 
"Bu qaydalara əsasən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi məsafədən asılı olaraq dəyişir. Belə ki, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 q. 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 q. 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 qəpikdir”.
 
Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. 13 yanvar 2018-ci il tarixdən bu xətti üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən əvvəvlki xətdən fərqli olaraq "Xətai” metrosuna yox, "28 May” metrostansiyasınadək hərəkət edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb