Diqqət! Bu tarixdə internetdə problemlər yaranacaq

12:10 | 06.09.2018
Diqqət! Bu tarixdə internetdə problemlər yaranacaq

Diqqət! Bu tarixdə internetdə problemlər yaranacaq

Oktyabrın 11-dən sonra internetdə ciddi problemlər yaranacaq. Belə ki, internetin sürətinin qlobal miqyasda aşağı düşməsi qaçlımaz ehtimal kimi səslənib.

Milli.Az Reuters-ə istinadənt bildirir ki, səbəb ümumdünya domen adları sisteminin müdafiəsində kodların və qurğuların yenilənməsidir.

İP-ünvanlar və Domen Adlarının İdarə Olunması Korporasiyası (İCANN) bəyan edib ki, internetdə domen adları sisteminin müdafiəsi olan kriptoqrafik açarların dəyişdirilməsi və yenilənməsi ilə bağlı tarixdə ilk əməliyyat hazırlaşır.

Yeni açarlara (Key Signing Key, KSK) keçid oktyabrın 11-də olacaq.

Bu zaman çox saytlar açılmaya bilər.

Kriptoqrafik açarlar 2010-cu ildə İCANN-ın təşəbbüsü ilə işə salınıb. Onlar DNS Security (DNSSEC) genişlənməsində istifadə olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM