• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Dünya liderlərindən dünya müsəlmanlarına BAYRAM TƏBRİKİ

Dünya liderlərindən dünya müsəlmanlarına BAYRAM TƏBRİKİ
04.10.2014 11:32
ANN.Az xəbər verir ki, ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama müsəlmanların Qurban Bayramı və Həcc ziyarəti münasibətilə təbrik edib. Ağ Evin rəsmi şəkildə yayımladığı təbrik açıqlamasında prezident Obamanını adından qeyd olunur ki, müsəlman qonşularımız və dostlarımız bu gün Qurban Bayramını qeyd edirlər: "Müsəlman amerikalılar da dünyanın ən böyük və ən müxtəlif toplumlarının qatıldığı Həcc ziyarətinə getməklə hacı namizədi olmaq şansını əldə ediblər".  Obama Həcc ziyarətinə yüksək dəyər verdiyini, sünni və ya şiələrin, eləcə də  dünyanın dörd bir tərəfindən gələn müsəlmanların bir araya gəldiyini vurğulayıb: "Həccin soy və ya məzhəbə, irq ya da dinə, cinsiyyət və ya yaşa baxmadan insanlıq olaraq hər kəsin bərabər olduğu bir vəzifə olması böyük üstünlükdür".  Prezident eyni zamanda Qurban bayramında müsəlmanların yoxsullara kömək etmə ənənəsinin davam etdirilməsini, aclıq, xəstəlik, təzyiqlər və qarşıdurmalar üzündən ağrılar çəkənlərə yardım təmin etməyə istiqamətli səylərini də yüksək qiymətləndirdiyini ifadə edib.Rusiya prezidenti Vladimir Putin bütün Rusiya müsəlmanlarını Qurban Bayramı münasibəti ilə təbrik edib. Dünya liderlərindən biri - Rusiya Federasiyasının prezidenti Vladimir Putin də Qurban Bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib: “Əsrlər boyu xoş və parlaq hisslərlə dolu olan bu bayram insanları bir araya gətirməyə, cəmiyyətdə yaxşılıq və mərhəmət kimi idealların bərqərar olmasına, dini inanc və ənənələri tərbiyə tməyə xidmət edir”. Bundan başqa, prezident müsəlman cəmiyyətlərinin Rusiyanın ictimai həyatında, həmçinin ailə dəyərlərinin möhkəmləndirilməsində böyük rolu olduğunu vurğulayıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Maska: Sənin üçün darıxdım...
Dünya 10:50
Trampdan Maska: Sənin üçün darıxdım...
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
Dünya 20:00
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Dünya 18:30
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Dünya 15:31
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Dünya 14:56
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Türkiyədə fabrikdə yanğın başlayıb
Dünya 10:10
Türkiyədə fabrikdə yanğın başlayıb
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
Dünya 09:00
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Dünya 22:30
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Dünya 21:29
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol